Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığı zamanı Ukrayna lideri Vladimir Zelenski ilə Moskvada görüşməyi təklif edib.
News24.az xəbər verir ki, avqustun 18-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Zelenski arasında görüş olub.
Danışıqlarda onlardan əlavə, bir sıra Avropa liderləri, həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və NATO-nun baş katibi Mark Rutte iştirak edib.
Ağ Ev rəhbərinin Volodimir Zelenski və Avropa liderləri ilə görüşündən sonra Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Putin və Tramp Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqların aparılmasını dəstəkləyiblər.