RU

"Qətiyyən özümüzü rəqibdən üstün hesab etmirik" - Qurban Qurbanov

style='margin-bottom:10px;'>

“Futbolçularımı təbrik edirəm. Çox gərgin oyun olmağına baxmayaraq, bu qədər azarkeş önündə sona qədər dözdülər, qalib gəlmək üçün ən yaxşısını etməyə çalışdılar”.

QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Macarıstanda “Ferensvaroş”la keçirilən görüşdən sonra mətbuat konfransında deyib.

3:1 hesablı qələbəni şərh edən təcrübəli mütəxəssis qeyd edib ki, bu nəticə onları aldatmamalıdır: “Bizi burda dəstəkləyən azərbaycanlı azarkeşlərə təşəkkür edirəm. Rəqib azarkeşlərə də təşəkkür edirəm. Çünki stadionda çox gözəl ab-hava var idi.

Hesab bizi aldatmalı deyil. Bakıdakı görüşdə daha ciddi və diqqətli olmalıyıq. Rəqibin heç nədən qol vurmaq qabliyyəti var. Hər halda cavab matçında maksimum ciddi olacağıq”. 

Q.Qurbanov buraxdıqları ilk qolun onları həvəsdən salmadığını vurğulayıb: “Səfər matçında qol buraxanda komandada bir az həyəcan çoxalır. Qoldan sonra 10-15 dəqiqə üzərimizdə təzyiq çoxaldı. Amma getdikcə özümüzü ələ almağı bacardıq. İkinci hissədə daha da riskə getdik. Çünki məğlub olurduq. İstəməzdik ki, qol buraxaq. Amma mənim əsas tələbim qol vurmaqdır”.

Q.Qurbanov 3:1 hesablı səfər qələbəsinin onlarda arxayınlıq yaratmayacağını bildirib:“Qətiyyən özümüzü üstün hiss etmirik. Çünki bu, Çempionlar Liqasıdır. Qarşımızda çox ciddi rəqib, istəkli, məğlub olmağı istəməyən bir baş məşqçi var.  Rəqibin oyun üslubu elədir ki, istənilən standart vəziyyətdə, istənilən hücumda qol vurmaq qabliyyəti olan hücumçuları var. Biz Bakıdakı oyundan daha da ciddi olmalı, arxayınlaşmalı deyilik. Biz bu gün bu qələbəni bayram etməli deyilik”.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Bakıda olacaq.

Избранный
4
3
teleqraf.com

4Источники