RU

“Qarabağ” Macarıstanı bu cür fəth etdi! - VİDEO

Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına start verilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu "Kəhər atlar" ləqəbli “Qarabağ” da meydana çıxıb.

Ağdam klubu səfərdə Macarıstan çempionu “Ferensvaroş”un qonağı olub.

Qarşılaşmadahesabı meydan sahibləri açsa da, "Qarabağ" əzmkar oyun nümayiş etdirib və vacib səfər matçında qalib gəlib - 3:1.

"Qarabağ" “Ferensvaroş”la artıq bir dəfə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəlib.

2022-ci ildə Qurban Qurbanovun komandası evdə 1:1 hesabı ilə heç-heçə etdiyi "Ferensvaroş"a Macarıstanda 3:1 hesabı ilə qalib gələrək pley-off-a yüksəlib.

Komandalar arasında cavab matçı avqustun 27-də Bakıda olacaq.

Избранный
58
7
sportinfo.az

10Источники