RU

Rusiya ordusu Ukrayna şəhərini vurdu: İkisi uşaq olmaqla 12 nəfər yaralandı

BAKI, 20 avqust. TELEQRAF

Rusiya ordusu avqustun 20-nə keçən gecə Ukraynanın Sumı vilayətinin Axtırka şəhərinə PUA-larla zərbələr endirib.

Teleqraf “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib.

Məlumata görə, hücum zamanı ikisi uşaq olmaqla 12 nəfər yaralanıb.

Bildirilir ki, 1 yaşayış binasına, 13 fərdi evə, 1 yardımçı tikiliyə və qaraja ziyan dəyib.

Избранный
80
teleqraf.com

1Источники