RU

Özəlləşdirmə və icarə büdcəyə 113 milyon manat qazandırıb

Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına əsasən, qurum tərəfindən 2025-ci ilin yanvar – iyul ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 113 milyon manat ödənilib.

Hesabat dövründə 26 hərrac keçirilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 500 nəqliyyat vasitəsi özəlləşdirilib. Özəlləşdirmədən dövlət büdcəsinə 86 milyon manat daxil olub.

Xidməti tərəfindən yanvar-iyul aylarında, eyni zamanda, 406-sı qeyri-yaşayış, 2068-i torpaq sahələri üzrə olmaqla 2474 yeni icarə müqaviləsi bağlanılıb. Daşınmaz dövlət əmlakının (qeyri – yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 27 milyon manat vəsaitin ödənilməsi təmin edilib. Beləliklə, 2025-ci ilin yanvar-iyul aylarında dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə, ümumilikdə, 113 milyon manat vəsait daxil olub.

 

Избранный
51
4
xalqqazeti.az

10Источники