Aktual.az xəbər verir ki, bu barədə "Politiko” öz mənbələrinə istinadən məlumat yayıb.
Belə ki, adı açıqlanmayan mənbə ABŞ Məxfi Xidmətinin Macarıstanda keçiriləcək sammitə hazırlaşdığını iddia edir.
Eyni zamanda, nəşrin həmsöhbətləri qeyd ediblər ki, Məxfi Xidmət tez-tez belə görüşlər üçün müxtəlif potensial yerləri yoxlayır, ona görə də sammitin yeri hələ də dəyişə bilər. Bununla belə, Budapeşt Ağ Ev üçün ilk seçimdir.