RU

Deportasiya edilən qaçqınların avtobusu qəzaya uğradı - 71 ölü

Əfqanıstanın Herat əyalətində avtobusun yük maşınına çırpılması nəticəsində 17-si uşaq olmaqla 71 nəfər ölüb.

Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli administrasiyanın sözçüsü Əhmədullah Müttəki açıqlayıb. 

Məlumata görə, avtobusda bu yaxınlarda İrandan deportasiya edilmiş qaçqınlar olub. Əyalət polisi qəzanın sürücünün sürət həddini aşması və yol hərəkəti qaydalarını pozması nəticəsində baş verdiyini bildirib.

Избранный
72
1
avtosfer.az

4Источники