Gəncədə 15 yaşlı yeniyetmənin qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.
Hadisə 10 manat borc üstündə baş verib.
Belə ki, hadisəni törətməkdə şübhəli bilinən A.Hətəmovun qətlə yetirilən 2010-cu il təvəllüdlü T.Məmmədova 10 manat borcu olub. Hadisədən bir gün əvvəl A.Hətəmov borcunu T.Məmmədova qaytarıb. Sonrandan A.Hətəmov qətlə yetirilən T.Məmmədova dəmiryolunun yaxınlığına çağırıb. Bu zaman tərəflər arasında mübahisə düşüb.
Dava zamanı A.Hətəmov özü ilə gətirdiyi bıçaqla T.Məmmədova xəsarət yetirib.
Yaralı Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın cərrahiyyə şöbəsinə çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, 15 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
APA