RU

AFFA prezidenti: "Qarabağ"ın Liqa mərhələsinə yüksələcəyinə inanıram

AFFA prezidenti Rövşən Nəcəf “Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqəni təmin edəcəyinə inanır.

Operativ Media xəbər verir ki, assosiasiya rəhbəri bu barədə sosial şəbəkə hesabında yazıb.

“Qarabağ” Futbol Klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda, səfərdə Macarıstanın “Ferentsvaroş” komandasına qalib gəlməsi münasibətilə ürəkdən təbrik edirəm. İnanıram ki, təmsilçimiz cavab qarşılaşmasında da əzmkar mübarizə nümayiş etdirərək, turnirin Liqa mərhələsinə vəsiqəni təmin edəcək. Uğurlar, “Qarabağ”, – deyə qurumun prezidenti bildirib.

Qeyd edək ki, Azərbaycan çempionu səfərdə gerçəkləşən qarşılaşmada rəqibini 3:1 hesabı ilə üstələyib. Tərəflər arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.

Избранный
52
9
operativmedia.az

3Источники