RU

UEFA reytinqi: Azərbaycan "Qarabağ"ın qələbəsi sayəsində Ukraynaya yaxınlaşdı

Azərbaycan UEFA reytinqində Ukraynaya yaxınlaşıb.
 
Moderator.az xəbər verir ki, bu, "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Macarıstanda "Ferentsvaroş"a qalib gəlməsi sayəsində mümkün olub.
 
"Köhlən atlar" ölkənin aktivinə daha 0,500 əmsal yazdırıb. Azərbaycan (19.500) 28-ci, Ukrayna (19,725) 27-ci pillədə qərarlaşıb. Bolqarıstan (18.375) 29-cu sıradadır.
 
Ukrayna və Bolqarıstanın avrokuboklarda üç, Azərbaycanın isə bir təmsilçisi qalıb.
 
Qeyd edək ki, "Qarabağ" səfərdə "Ferentsvaroş"u 3:1 hesabı ilə üstələyib. UEFA reytinqinə 94.839 əmsalla İngiltərə başçılıq edir.
 
Избранный
56
6
moderator.az

9Источники