RU

Mask yeni partiyanın yaradılmasını təxirə saldı

Milyarder İlon Mask diqqətini biznesinə cəmləmək və Respublikaçılar Partiyasından səs almamaq üçün yeni siyasi partiyanın yaradılmasını təxirə salıb.

Olaylar.az xəbər verir ki, məlumatı mənbələrə istinadən "The Wall Street Journal" yayıb.

Nəşrin yazdığına görə, Maskın qərarında əsas amillərdən biri onun MAGA (Amerikanı yenidən möhtəşəm etmək) siyasi hərəkatının potensial varisi hesab edilən vitse-prezident J.D.Venslə yaxşı münasibətlər saxlamaq istəyidir. Mask etiraf edir ki, üçüncü tərəf yaratmaq onun vitse-prezidentlə münasibətlərinə xələl gətirəcək.

Mənbələr bildirirlər ki, Mask 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürmək qərarına gələrsə, Vensi dəstəkləmək üçün maliyyə imkanlarından istifadə etməyi düşünür. Maskın 2024-cü il seçkilərində Donald Tramp və digər respublikaçıları dəstəkləmək üçün təxminən 300 milyon dollar xərclədiyi qeyd edilir.

Eyni zamanda Maskın müttəfiqləri iddia edirlər ki, o, yeni partiya yaratmaq ideyasından rəsmən imtina etməyib və aralıq seçkilər yaxınlaşdıqca fikrini dəyişə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
48
11
olaylar.az

10Источники