Bakı. Trend:
Yaxın gələcəkdə Gəncə və Naxçıvanda da innovativ düşüncəligəncləri bir araya gətirəcək mərkəzlərin açılmasıplanlaşdırılır.
Trend xəbərverir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA)İdarə Heyətinin sədri Fərid Osmanov regionlarda həyata keçiriləninnovasiya proqramının yekun təqdimat günündə deyib.
O bildirib ki, regional innovtorlar artıq bu mərkəzlərdə özideyalarını və layihələrini ekspertlər, investorlar və digərekosistem oyunçuları ilə müzakirə edə biləcək, inkişaf üçün doğruistiqamət alacaqlar:
"İnnostart proqramında iştirak edən hər startap, yetişən hərmentor, əminəm ki, ölkəmizin müxtəlif bölgələrində innovativiqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verəcək. Biz İRİAolaraq daim sizinləyik, yeni təşəbbüslərinizin davamlı inkişafınadəstək göstərməyə hazırıq".