RU

Fransanın Bakıya göndərdiyi səfir barədə - Yeni detallar

Xəbər verdiyimiz kimi, diplomat Sofi Laqut Fransanın Azərbaycandakı yeni səfiri vəzifəsinə gətirilib.
BUTA.TVModern.az-a istinadən xəbər verir ki, yeni diplomatın son iş yeri Fransanın Xarici İşlər Nazirliyi (XİN) olub. Laqut Paris Siyasi Araşdırmalar Elmləri İnstitutunda İctimaiyyətlə Əlaqələr üzrə Magistr dərəcəsinə yiyələnib və 2008-ci ildə Fransa Xarici İşlər Nazirliyinə daxil olub. Parisdə Avropa İttifaqı Direktorluğunda məsul işçi kimi fəaliyyətə başlayıb. 2011-ci ildə o, Fransanın Avropa Birliyi yanında Brüsseldəki Daimi Nümayəndəliyinə qoşulub, burada iqlim və ətraf mühit, daha sonra daxili bazar üzrə danışıqlar aparan şəxs və məsul komandanın koordinatoru təyin edilib. 2015-2017-ci illərdə Fransanın İsraildəki səfirliyində mətbuat departamentinin rəhbəri vəzifəsində çalışıb. O, 2017-2019-cu illərdə Avropa İşləri Naziri kabineti rəhbərinin müavini və Xarici İşlər Nazirinin Avropa məsələləri üzrə siyasi müşaviri vəzifələrində çalışıb.

Diplomat 4 il Fransanın Monrealda Baş Konsulu olub. Daha sonra isə Xarici İşlər Baş Müfəttişliyində vəzifə icra edib.

Избранный
100
13
buta.tv

10Источники