RU

Bakıda 26 milyonluq yeni tibb müəssisəsi tikilir

Paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində layihələndirilən İxtisaslaşmış Narkoloji Tibb Müəssisəsinin tikintisinin II mərhələsi üzrə hazırlıqlar yekunlaşıb.

News365.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyətindən məlumat əldə edilib.

Narkoloji Tibb Müəssisəsinin tikintisinin davamına 18 milyon 470 min manat vəsait sərf olunacaq. Bununla bağlı nazirliklə tikinti işlərini həyata keçirən podratçı şirkət arasında yeni müqavilə bağlanılıb.

Xatırladaq ki, müəssisənin birinci mərhələ üzrə tikintisinə 2023-cü ilin sonlarında start verilib və tikinti işlərinin icrası “Uni KO” MMC həvalə olunub. Açıqlanan rəsmi məlumata görə, tibb müəssisəsinin birinci mərhələ üzrə tikintisinə 7 milyon 380 min manat sərf olunub.

Beləliklə, İxtisaslaşmış Narkoloji Tibb Müəssisəsinin tikintisi ilə bağlı indiyədək şirkətlə dəyəri 26 milyon manata yaxın olan iki nəhəng müqavilə bağlanılıb.

Избранный
25
5
news365.az

6Источники