Ermənistanın Livandakı səfiri Vaaan Atabekyan geri çağırılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, müvafiq sərəncamı Ermənistan Prezidenti Vaaan Xaçatryan, baş nazirin təqdimatı ilə imzalayıb.
Vaaan Atabekyan 2018-ci ilin noyabr ayından bu vəzifəni icra edib.
Qeyd edək ki, Ermənistan və Livan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub, 1994-cü ildən isə Beyrutda Ermənistan səfirliyi fəaliyyət göstərir.