RU

30-dan çox startap vençur fondları vasitəsilə investisiya əldə edib

İndiyə qədər Azərbaycanda 30-dan çox startap vençur fondları vasitəsilə investisiya əldə edib və bunun genişləndirilməsi istiqamətində qurumlarla iş aparılır.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov Bakıda keçirilən "İnnostart" layihəsinin yekun tədbirində bildirib.

Tədbirdə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bildirib ki, Azərbaycanda son illərdə yaradılmış müxtəlif vençur fondları vasitəsilə ümumilikdə 15 milyon ABŞ dollarından çox kapital formalaşdırılıb, bu fondlar artıq 2,2 milyon ABŞ dollarından çox sərmayəni regionda fəaliyyət göstərən startaplara yönəldiblər.

© "Report"

Избранный
98
marja.az

1Источники