RU

"Qalatasaray" 3 futbolçu ilə vidalaşır

''Qalatasaray'' baş məşqçi Okan Burukun planlarına daxil olmayan 3 futbolçu ilə yollarını ayırmağa hazırlaşır.

"Football-plus.az" xəbər verir ki, söhbət Karlos Kuesta, Viktor Nelsson və Derrik Köndən gedir.

Ötən mövsümün qış transfer dönəmində 8 milyon avroya ''Genk''dən transfer edilən, amma çox tez gözdən düşən Kuesta seçimini edib. Kolumbiyalı müdafiəçi ''Vasku da Qama'' ilə ''Spartak'' arasında ikinciyə üstünlük verib. Transferin detallarına gəlincə, Moskva nəhəngi ''Qalatasaray''a 2 milyon avrosu bonuslarla olmaqla 8,5 milyon avro ödəyəcək. Transferin ən qısa müddətdə açıqlanacağı gözlənilir. Bu, ''Spartak''ın son bir ayda Türkiyədən reallaşdırdığı ikinci transferdi. ''Ağ-qırmızılar'' bir müddət öncə ''Beşiktaş''dan Jedson Fernandeşi heyətə cəlb etmişdilər. 2021-ci ildən ''Cim-Bom''un şərəfini qoruyan və ötən mövsümün ikinci dövrəsini icarə əsasında ''Roma''da keçirən Nelsson isə böyük ehtimalla karyerasını yenidən İtaliyada davam etdirəcək. Danimarkalı müdafiəçi çoxsaylı təkliflər arasında ''Verona''ya üstünlük verib. Hazırda klublar arasında danışıqlar davam edir. Keçid icarə əsasında baş tutacaq. Amma Türkiyə çempionu müqaviləyə məcburi transfer maddəsini də saldırmaq istəyir. Transfer dəyəri 10 milyon avro civarında olan 26 yaşlı müdafiəçinin ''sarı-qırmızılar''la hələ ikiillik müqaviləsi var.

''Qalatasaray''a 2024-ün yanvarında gələn və ötən mövsümü icarə əsasında ''Verder''də keçirən almaniyalı Kön isə karyerasını elə vətənində davam etdirəcək. Belə ki, İstanbul nəhəngi bundesliqa təmsilçisi ''Union''un təklifini qəbul edib. Sol müdafiəçi son detalları razılaşdırmaq və tibbi müayinədən keçmək üçün artıq Almaniyaya yollanıb. ''Qalatasaray'' bu satışdan 5 milyon avroya yaxın bir məbləğ qazanacaq. Bundan başqa müqavilədə sonrakı satışdan 20 faiz pay maddəsi də yer alacaq. Kön 2023/24-ün ikinci dövrəsində istanbulluların heyətində 19 rəsmi oyunda forma geyərək aktivinə 1 qol, 2 məhsuldar ötürmə yazmışdı.

Избранный
59
football-plus.az

1Источники