RU

Trampdan Azərbaycan açıqlaması: Bunu həll etdim!

ABŞ Prezidenti Donald Tramp jurnalist Mark Levinin Yutub kanalına müsahibə verib.
BUTA.TVTeleqraf-a istiandən xəbər verir ki, o, burada Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindəki roluna bir daha toxunub. Digər münaqişələr arasında Tramp burada da mühüm töhfəsi olduğunu qeyd edib. Ermənistan-Azərbaycan sülh prosesindən danışan ABŞ prezidenti Ermənistanı “Albaniya” adlandırıb. Tramp vurğulayıb ki, o, 34-35 il müharibə şəraitində olan Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasında müsbət rol oynayıb. “Hətta bəziləri mənə deyirdilər ki, bunu həll edə bilməzsən, amma mən bunu həll etdim”, - ABŞ prezidenti əlavə edib.

Tramp avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşünü də xatırladıb.

Избранный
61
7
buta.tv

8Источники