“Barselona” “İnter”in müdafiəçisi Alessandro Bastonini almaqda maraqlıdır.
İdmanxeber.az-ın məlumatına görə, kataloniyalılar 26 yaşlı italiyalı ilə 2026-cı ilin yay transfer pəncərəsində müqaviləni başa çatdırmaq niyyətindədir.
2024/25 mövsümündə Bastoni bütün yarışlarda 57 matçda 2 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.
“Transfermarkt” futbolçunun transfer dəyərini 80 milyon avro qiymətləndirir.