Rusiya Baş Prokurorluğu Dövlət Dumasının keçmiş deputatı Maqomed Hacıyevi Qərb kəşfiyyatına məxfi məlumat ötürməkdə ittiham edib.
Publika.az xəbər verir ki, iddiaya görə, Hacıyev ABŞ-dan 45 milyon dollar alıb.
Prokurorluğun sənədlərində bildirilir ki, keçmiş deputat xarici vətəndaşlıq müqabilində əməkdaşlığa razılaşıb və bunun əvəzində rus oliqarxlarının və məmurlarının xarici aktivləri barədə məlumat verib. Polşa mediası 2024-cü ildə Hacıyevin Ramzan Kadırov, Elvira Nabiullina, Süleyman Kərimov və digər tanınmış şəxslərin xarici hesabları və daşınmaz əmlakı ilə bağlı sənədlər təqdim etdiyini yazmışdı.
Məlumatlara görə, Hacıyev ABŞ diplomatları və kəşfiyyat zabitləri ilə mütəmadi görüşlər keçirib, hazırda isə Türkiyə vətəndaşı olaraq Amerika pasportu almağa çalışır. Onun ailəsi uzun müddətdir ABŞ-da yaşayır.