RU

Tramp Ermənistanla Albaniyanı SƏHV SALDI 

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı bəyan edib ki, o, Azərbaycan və Albaniya arasındakı düşmənçiliyə son qoyub.

Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, o məhz Albaniya adını çəkib.

Çərşənbə axşamı Tramp The Mark Levin Show proqramına çıxaraq, prezidentliyinin ilk yeddi ayında “altı və ya yeddi qlobal münaqişəni” dayandırdığını təkrarən iddia edib.

“Altı müharibəni mən bitirdim, bəziləri isə deyir yeddi, çünki başqa bir münaqişə də vardı, amma hamı  bundan xəbərsiz idi,” – deyə Tramp bəyan edib. – “Biz həm də İran məsələsini həll etdik – onların nüvə potensialını məhv etdik. Əgər imkan olsaydı, onlar bunu İsrailə qarşı dərhal istifadə edərdilər. Amma biz bunu aradan qaldırdıq".

Tramp, Hindistan və Pakistan arasındakı münaqişəni “ən asan” hesab etdiyini söylədikdən sonra "Azərbaycan və Albaniya" məsələsinə keçib:

“Çox möhtəşəm şeylər baş verdi. Siz o ‘Azerbayjan’ı (Azərbaycanı) gördünüz. Onların Albaniya ilə 34–35 ildir davam edən böyük bir münaqişəsi vardı. Təsəvvür edin, illərlə uzanan bir müharibə. Mən onların liderləri ilə görüşdüm, ticarət mövzusunda tanıdım. Onlarla bir az işlədim və dedim: ‘Niyə müharibə edirsiniz? Mən sizinlə ticarət sazişi bağlamayacağam. Bu, dəhşətdir.’”

“Birindən o biri çıxdı və mən bu münaqişəni həll etdim. Halbuki hamı deyirdi ki, bunu həll etmək mümkün deyil. Hətta mən onları Oval kabineı çağıranda, sənədi imzalamaqdan əvvəl belə, yan-yana otursalar da, bir-birindən aralı durmağa çalışırdılar. Özlərini narahat hiss edirdilər. Amma bir saatdan sonra bir-birilərini təbrik etdilər. Bunu izləmək çox gözəl idi",-deyə Tramp bildirib.

Избранный
36
4
bakivaxti.az

5Источники