RU

Yeniyetmə sevgilisini satmaqda ittiham olunur

Ajans.az Xiaoxiang Morning Herald xəbər agentliyinə istiandən xəbər verir ki, məhkəmə ilkin olaraq iyulun sonuna planlaşdırılsa da bir dəfə təxirə salınıb. İddialara görə, Huang adlı gənc 100 min yuana (təxminən 13,900 dollar) satılıb, başı qırxdırılıb və hər gün fırıldaqçılıq fəaliyyətlərinə qatılmaq üçün kiçik və qaranlıq bir otağa bağlanıb. Fırıldaq hədəflərinə çatmadığı zaman isə vəhşicəsinə döyülüb, eşitmə qabiliyyəti zəifləyib. Huang Çjou ilə 2024-cü ildə bilyard zalında tanış olub, münasibət qurduqdan sonra onu ailəsinin Myanmada biznesi olduğuna inandıraraq orada işləməyə aparıb. Fevralın 2-də Huang Taylandın Banqkok şəhərinə gedib, lakin sərhədə çatanda silahlı şəxslər tərəfindən pasportu və telefonu müsadirə olunaraq Myanmada kompleksə aparılıb. Çin Ticarət Palatasının vasitəsilə Huang iyun ayında 350.000 yuan ödədikdən sonra Çinə qayıda bilib. Çjou isə Taylanddan geri dönərkən polis tərəfindən saxlanılıb.

 

Избранный
47
Ajans.az

1Источники