Aktyor, rejissor Kənan Mahmudovun həyat yoldaşı Aygün Mahmudova ilə boşandığı iddia olunub.
Məsələ ilə bağll AZXEBER.COM-a açıqlama verən aktyor, xəbəri cəfəngiyyat adlandırıb.
O, ailəsində heç bir problemin olmadığını bildirib:
"Xəbəri görəndə mən də təəccübləndim. Təbii ki, bu xəbər yalandır. Aygünün sosial media hesabını da mən işlədirəm. Ailəmdə hər şey qaydasındadır".