Niderlandlı yarımmüdafiəçi Frenki de Yonq yeni futbol agenti ilə əməkdaşlığa başlayıb.
90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, futbolçu əvvəlki nümayəndəsinin işindən narazı qalıb və yeni agenti ilə “Barselona” ilə müqavilənin uzadılması barədə danışıqları davam etdirəcək.
De Yonqun hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
Futbolçunun bazar dəyəri 45 milyon avro olaraq qiymətləndirilir. Keçən mövsümdə Frenki de Yonq 46 matçda iştirak edib, 2 qol vurub və 2 asist verib.