RU

“Atasının səsi elə vahiməli idi ki, Musa qaçmağa məcbur oldu...”

Musa Qurban Qurbanovun ən həssas yeri olub. Daim təmkinli, duyğularını büruzə verməyən “dağ adam”ın bəlkə də həyatında önəmli rolu oynayan qardaşının adını da Musaya verməsi içindəki ən kövrək duyğularına sığınıb. O sərt görünən cismində Musaya qarşı iftixarlılığı, sevgisi bəlkə də ən boşaldığı məram olub. 

Bu barədə News24.az Qafqazinfo-ya istinadən xəbər verir. 

6 yaşı olanda Musa komanda ilə “kamp”a getmişdi. Topa başla zərbə vururdu, kiçicik cismi ilə ağır topa toxunması ağlatsa da, israrla zərbələr endirirdi. İlk dəfə Qurbanovu onda görmüşdüm, “dağ adam”ın “əriməsi”ni...

10 il sonra Musa əsas komandaya qoşulanda özündən çox böyüklərlə mübarizə təbii ki, ağır idi. Sərt toqquşmalar, müdaxilələr “Qarabağ”ın məşqlərində adi şeylər idi.

 İlk məşqlərin birində Musa sərt müdaxilə ilə yerdə qaldı. Ağrıdığı, canı yandığı çox aydın hiss olunurdu. Başqa vaxt olsaydı, məşq mütləq saxlanılar, tibbi müdaxilə olardı.

Amma “dağ adam”dan dağdan ağır səs gəldi: “Davam edirik”!

Səs o qədər vahiməli idi ki, Musa ağrıdan sızlaya-ağrıya axsayaraq “yarım-yamalaq” qaçmağa məcbur oldu.

O zaman bəlkə ilk dəfə Musa Qurban Qurbanovun ata olmaqdan daha böyük olduğunun fərqinə vardı...

Hər zaman ədalətli davranmağa, hər kəsin haqqına verməyə çalışan məşqçi Qurbanov ata Qurbana qalib gəlmişdi. Eləcə də, oğlunu bir gözü gülüb-bir gözü ağlayıb soyuq İsveçə göndərəndə də.

Dünən Musa qol vuranda Qurbanov bəlkə də həyatının ən ağır duyğusunu yaşadı: Atalıq iftixarı, yoxsa illərlə futbolun yükünü tək belində daşımaqla sevincinin fərdiləşməsindən çəkinməklə...

Övlad uğurunu komandanın qələbəsində “gizlətməklə”...

İçindəki dünya boyda sevinmə hissini özünə qıymamaqla...

Nurlan İbrahimov

“Qarabağ”ın sabiq mətbuat katibi

 



Избранный
89
7
news24.az

8Источники