RU

Putinlə Ərdoğan danışıqlar apardı

Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı apatıb.

Hafta.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Liderlər Alyaskada keçirilən Rusiya-Amerika sammiti ilə bağlı fikirlərini bölüşüb. Rusiya və Türkiyə Prezidentləri Ukrayna ətrafında vəziyyətin inkişafını müzakirə ediblər.

"Rusiya tərəfi İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların aparılmasında Türkiyənin göstərdiyi yardımı məmnunluqla qeyd edib", - Kreml qeyd edib.

Rusiya ilə Türkiyə arasında ikitərəfli münasibətlər, o cümlədən ticarət və investisiya əlaqələrinin inkişafı məsələləri də müzakirə olunub.

Избранный
11
2
hafta.az

3Источники