Türkiyənin Gəlirlər İdarəsi (GİB) 2024-cü il üçün ən çox gəlir vergisi ödəyən şəxslərin siyahısını açıqlayıb.
Publika.az xəbər verir ki, siyahıya "Baykar" şirkətinin İdarə Heyətinin sədri, müdafiə sənayesindəki uğurları ilə tanınan Səlcuq Bayraktar başçılıq edir.
Bayraktar 2024-cü il üçün 2 milyard 767 milyon 587 min 718 lirə gəlir vergisi ödəyərək Türkiyənin ən böyük vergi ödəyicisi olub.
Siyahıda ikinci yeri isə onun böyük qardaşı Lütfü Haluk Bayraktar tutub. O, sözügedən il ərzində 2 milyard 528 milyon 619 min 921 lirə vergi ödəyib.