RU

Ərdoğan Putinlə Ukrayna məsələsini danışıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.

XəzərNews.az Türkiyə mediasına istinadla xəbər verir ki, liderlər Ukraynadakı son vəziyyəti, Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan Rusiya ilə Ukrayna arasında danışıqların üçüncü raundunun keçirilməsinin vacibliyini vurğulayıb. O, tərəflər üçün uyğun tarixlər müəyyən edildikdən sonra Türkiyənin İstanbulda danışıqlara ev sahibliyi etməyə davam edəcəyini bildirib.

Telefon danışığı zamanı Suriyadakı son proseslər barədə də fikir mübadiləsi aparılıb. Ərdoğan Suriyada sabitlik və təhlükəsizliyin təmin olunmasının əsas hədəf olduğunu diqqətə çatdırıb.

Xəbər 3 dəfə oxunub.
Избранный
61
5
xezernews.az

10Источники