Azərbaycanda olan ərəblər Şəhidlər Xiyabanına gedərək şəhid məzarları üzərinə qərənfil qoyublar.
Ölkə.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Azərbaycanlılarla birlikdə Xiyabana üz tutan turistlər üç ərəbin qeyri-etik davranışlarına görə həm ərəb, həm də Azərbaycan dillərində istəyiblər.
Beləliklə həbs edilən şəxslərin davranışlarının yanlış olduğunu bildiriblər.
Qeyd edək ki, avqustun 13-də Bakıya turist kimi beş günlük gələn ərəblər Şəhidlər Xiyabanında qeyri-etik davranışları ilə diqqət çəkiblər.
Sözügedən görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra üç ərəb turist hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq həbs edilib və onlara cinayət işi açılıb.
Billurə