RU

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu şübhəli qismində saxlanılıb - Yenilənib

Avqustun 20-də paytaxtın Xətai rayonu ərazisində yerləşən mənzillərdən birində 1965-ci il təvəllüdlü Firdovsi Həsənovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub...

İlkin araşdırmalarla 1993-cü il təvəllüdlü Rəhim Qasımovun bıçaqla xəsarət yetirərək Firdovsi Həsənovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Rəhim Qasımov iş üzrə şübhəli şəxs qismində tutulub.

***

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu şübhəli qismində saxlanılıb.

"Report" xəbər verir ki, hadisə avqustun 19-da Xətai rayonunda qeydə alınıb.

Bildirilib ki, 1965-ci il təvəllüdlü Firdovsi Həsənovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən bacısı oğlu, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü Rəhim Qasımov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Poliqon.info

Избранный
90
5
poliqon.info

10Источники