RU

Ərəblər Şəhidlər Xiyabanına gedərək üzr istədi - VİDEO

Azərbaycanda olan ərəblər Şəhidlər Xiyabanına gedərək şəhid məzarları üzərinə qərənfil qoyublar.

Hakimiyyet.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Azərbaycanlılarla birlikdə Xiyabana üz tutan turistlər üç ərəbin qeyri-etik davranışlarına görə həm ərəb, həm də Azərbaycan dillərində istəyiblər.

Beləliklə həbs edilən şəxslərin davranışlarının yanlış olduğunu bildiriblər. 

Qeyd edək ki, avqustun 13-də Bakıya turist kimi beş günlük gələn ərəblər Şəhidlər Xiyabanında qeyri-etik davranışları ilə diqqət çəkiblər.

Sözügedən görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra üç ərəb turist hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq həbs edilib və onlara cinayət işi açılıb.

Billurə

Избранный
65
3
hakimiyyet.az

4Источники