RU

Arif Əsədov: Yenə də çətinliklə üzləşdilər və düşünürəm Neftçi vacib iki xalı itirdi

ain.az, sport24.az portalına istinadən məlumat verir.

"İlk turda komandaların performansı yüksək görünmədi. Klublardan bəzi gözləntilər var idi ki, özünü doğrultmadı". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.Təcrübəli mütəxəssis Misli Premyer Liqasının ilk turundakı matçlarla bağlı fikirlərini bölüşüb:"Karvan-Yevlax" - "Qəbələ" matçı bərabər səviyyəli oyun oldu. Hər iki komanda Premyer Liqaya yeni qoşulublar və oyunun ədalətli nəticəsi heç-heçə idi.

İddialı "Turan Tovuz"un "İmişli" üzərində asan qələbə qazanacağı gözlənilirdi. İlk turda komandaların performansının yüksək olmadığı burda da göründü. Çətinliklə də olsa, tovuzlular qələbə qazandı və öz iddiasını ortaya qoydu".

Əsədov "Neftçi"nin ilk turda vacib xal itirdiyini söyləməklə yanaşı, "Kəpəz"in problemlərini dilə gətirib, "Araz-Naxçıvan"ın xarakterindən söz açıb:

"Neftçi"də bu il böyük dəyişikliklər olub, komandanın iddiası çempionluq və kuboku qazanmaqdır. Bu baxımdan ilk turlarda 3 xalı əldə etmək vacibdir. Son illərdə "Neftçi"nin "Şamaxı" ilə matçları çətin keçir. Yenə də çətinliklə üzləşdilər və düşünürəm "Neftçi" vacib iki xalı itirdi, amma "Şamaxı" istədiyi oyunu göstərməklə vacib bir xal qazandı.

"Sumqayıt" və "Kəpəz"də mövsümlərarası fasilədə böyük dəyişikliklər olub. Meydan sahibləri azarkeşləri qarşısında istəkli oynadılar. "Kəpəz"də hələ də problemlər var, heyət və oyun baxımından qeyri-stabillik özünü göstərir. "Zirə" və "Araz-Naxçıvan" komandaları bu mövsüm də iddialıdır. Avrokubok macəraları başa çatan klublar fikirlərini tam olaraq çempionata yönəldiblər. "Zirə" ilk hissədə üstün idi. "Araz-Naxçıvan" isə xarakter göstərərək bir xalı əldə edə bildi".Qeyd edək ki, Premyer Liqanın 1-ci turu çərçivəsində keçirilməli olan "Sabah" - "Qarabağ" oyunu təxirə salınıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
23
sport24.az

1Источники