RU

Valideynlərin həyatını asanlaşdıran məktəbəqədər model: Aylıq ödəniş və tam gün proqramı

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"LANDAU PreSchool" məktəbəqədər təhsil sahəsində valideynlərin ehtiyaclarına uyğun üstünlüklər təqdim edir. Artıq tədris prosesində "Tam gün" dərs rejimi (saat 17:00-dək) tətbiq olunur və valideynlər üçün aylıq ödəniş imkanı mövcuddur.

"Tam gün" proqramı dərs saatlarından sonra başlayır və uşaqlara həm öyrədici, həm də əyləncəli fəaliyyətlər təqdim edir. Proqram çərçivəsində iştirakçılar:

- Məntiq, "Lego", yazı, dizayn texnologiyaları və şahmat dərslərində iştirak edirlər;

- Müəllimlərin nəzarəti altında ev tapşırıqlarını məktəbdə yerinə yetirirlər;

- Üç dəfə sağlam tam qidalanma ilə təmin olunurlar;

- Təhlükəsiz və ingilisdilli mühitdə günlərini səmərəli keçirirlər.

Bu yanaşma valideynlər üçün də əlavə üstünlüklər yaradır. İş saatları ilə uyğunlaşmayan ailələr övladlarını günün sonunadək məktəbdə güvənli şəkildə saxlaya bilir, eyni zamanda əlavə yol, dayə və qidalanma xərclərindən azad olunurlar.

Bundan əlavə, valideynlərə fərdi hesabatlar təqdim olunur. Hər bir uşaq haqqında hazırlanan bu hesabatlar tədris nailiyyətləri, sosial və emosional inkişafı barədə ətraflı məlumat verir.

Qeyd edək ki, "LANDAU PreSchool"da sosial-emosional öyrənmə (SEL) metodu da tətbiq olunur. Bu metod uşaqların emosional intellekti, empatiya və özünüifadə bacarıqlarının inkişafına yönəlib. Proqram uşaqlara uğurlu sosiallaşma və təhsil üçün zəruri bacarıqları inkişaf etdirməyə imkan verir. Nəticədə, hər bir uşaq həm akademik, həm də sosial-emosional sahədə balanslı inkişaf əldə edir.

"LANDAU PreSchool"un əsas üstünlükləri:

- 17:00-dək davam edən tam gün dərs rejimi;

- Aylıq ödəniş imkanı;

- Valideynlərə təqdim edilən fərdi hesabatlar;

- İngilisdilli mühitdə Böyük Britaniya kurikulumu;

- Sağlam qidalanma;

- Daimi həkim və psixoloq nəzarəti;

- Yüksək səviyyəli təhlükəsizlik;

- Dərsdənkənar fəaliyyətlər;

- Fərdi hesabatlar.

"LANDAU PreSchool"u tamamlayan şagirdlər növbəti tədris ili üçün təhsil müəssisəsinə prioritet namizədlər hesab olunurlar.

"LANDAU PreSchool" hazırda beş korpus üzrə fəaliyyət göstərir:

- Xətai korpusu - Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 25;

- "Sea Breeze" korpusu - Sabunçu rayonu, Nardaran qəsəbəsi, "Sea Breeze Resort";

- Bayıl korpusu - Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsi, 9;

-"West Town" korpusu - Cəfər Xandan küçəsi, 230;

- Gənclik korpusu - Nərimanov rayonu, Molla Cümə küçəsi, 46E.

Qeydiyyatdan keçmək üçün www.landauschool.com saytına daxil olub "Müraciət et" bölməsində "LANDAU Məktəbəqədər və Uşaq Bağçasına Qəbul Forması"nı doldura bilərsiniz.

Ətraflı məlumat üçün *1908 nömrəsinə zəng edə bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
43
1
oxu.az

2Источники