RU

130-dan çox gəncə reabilitasiya xidmətləri göstərilir

Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində bu il əlilliyi olan 325 gəncə xidmətlər göstərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a verilən məlumata görə, onlardan 251-i peşə, 74-ü isə digər sosial reabilitasiya xidmətləri ilə təmin edilib.

Hazırda mərkəzdə 130-dan çox gəncin peşə və sosial reabilitasiya kursları davam edir. Müəssisəyə qəbul olunanlar burada dövlət hesabına yataqxana, yemək və reabilitasiya xidmətləri ilə təmin olunurlar.

Qeyd edək ki, mərkəzə 15-29 yaş arasında, əlilliyi olan şəxslər qəbul edilirlər. Onlar burada müxtəlif peşələr üzrə 3-6 aylıq hazırlıq kurslarında yeni bacarıqlara yiyələnir, həmçinin sosial reabilitasiya xidmətlərindən faydalanırlar. Kursları uğurla bitirən şəxslərə peşə şəhadətnamələri verilir və onların əmək bazarına çıxışı üçün dəstək göstərilir.

 

Избранный
5
4
hafta.az

5Источники