RU

Zəngəzur dəhlizi: Azərbaycan hazırdır, dünya isə gözləyir”

Son günlər Vaşinqtonda imzalanan sənəd fonunda Zəngəzur dəhlizinin yaxın vaxtlarda fəaliyyətə başlayacağı barədə müzakirələr artıb. Lakin siyasi analitik Aydın Quliyev hesab edir ki, bu gözləntilər reallığa uyğun deyil. Onun sözlərinə görə, dəhlizin işləməsi üçün hələ də açıq qalan siyasi və texniki məsələlər var və prosesin tezliklə başa çatacağını düşünmək düzgün deyil.

Ekspert Editor.az-a açıqlamasında bildirib ki, Vaşinqtonda qəbul edilən sənəd yalnız bəyannamə xarakteri daşıyır və hələlik bütün suallara cavab vermir:

“Ölkələr sadəcə dəhlizin işləməsi ilə bağlı niyyətlərini ortaya qoyublar. ABŞ təminatçı kimi çıxış etsə də, bu kifayət etmir. Ermənistan əvvəllər dəhlizin ‘dəhliz məntiqi’ ilə işləməsini öz suverenliyinə təhdid hesab edirdi, indi isə nəzarəti könüllü şəkildə ABŞ-a verib. Ancaq dəhlizin fəaliyyət çərçivəsini müəyyənləşdirmək üçün Azərbaycanla Ermənistan arasında hələ də həllini gözləyən məsələlər var”.

A.Quliyev əlavə edib ki, dəhlizin tam açılması üçün ABŞ və Ermənistanın əlavə sənəd imzalayacağı gözlənilir, çünki hər iki tərəf bu layihəyə üçüncü tərəfləri də cəlb etməkdə maraqlıdır.

Ekspertin sözlərinə görə, hazırda yalnız Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirib:

“Füzulidən Zəngilana qədər dəmir yolu çəkilib, Naxçıvandan Yerevana qədər xətt yerləşdirilib. Yəni nəzəri yol xəritəsi hazırdır, amma praktiki işlər hələ başlamayıb”.

//Gülnarə Abasova, Editor.az

Избранный
14
editor.az

1Источники