Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.
Həmin kənd sakini, 2008-ci il təvəllüdlü Kənan Abuzərli öz həmkəndlisi olan 1966-cı il təvəllüdlü Azər Babayevi bıçaqlayıb. O, müxtəlif xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.