RU

Özbəkistanda Gənc Sahibkarlar Çempionatı keçiriləcək

Yazını böyüt
Yazını kiçilt

Bu ildən Özbəkistanda Gənc Sahibkarlar Çempionatı keçiriləcək.

Hafta.az-ın yazdığına görə, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bu gün Özbəkistanda 600-dən çox startap fəaliyyət göstərir. Səkkiz il əvvəl isə onların sayını bir əlin barmağı ilə saymaq olardı.

"Nəzərinizə çatdıraq ki, cəmi yeddi ay ərzində startaplar tərəfindən rekord həcmdə - 264 milyon dollar xarici sərmayə qoyulub. Bu, 2024-cü il ərzində daxil olan investisiyalardan 4 dəfə çoxdur. Ona görə də biz startapların dəstəklənməsi üzrə işi daha da canlandıracağıq", - prezident bildirib.

Gənclərin min startap ideyası kommersiyalaşdırılacaq, onlardan 200-ü beynəlxalq bazara çıxarılacaq. Ən qabaqcıl texnologiyalar gətiriləcək və 100 yerli startap beynəlxalq aləmdə cəlbedici biznesə çevriləcək. Bunun üçün 100 milyon dollar ayrılacaq.

Bu ildən başlayaraq Gənc Sahibkarlar Çempionatı keçiriləcək. 100 ən yaxşı ideya seçiləcək və hər startap üçün 1 milyard soma qədər investisiya ayrılacaq. Bu layihələri brendə çevirmək üçün maliyyə və marketinq xidmətləri üzrə mütəxəssislərin xərcləri qarşılanacaq.

“20 avqust Sahibkarlar Günündə qalibləri mükafatlandırsaq, düşünürəm ki, bu, həm də gənc sahibkarlar üçün böyük motivasiya olacaq”, - deyə dövlət başçısı bildirib.

Избранный
15
hafta.az

1Источники