RU

Balaca əllər, böyük işlər: “İlin gənc müəllimi”nin uğurlu layihəsi

Beyləqan rayonu Milabad kəndində Ailə tipli icma əsaslı məktəbəqədər təhsil layihəsinin bağlanış mərasimi keçirilib.

"İlin gənc müəllimi" müsabiqəsinin qaliblərindən olan Gülnarə Məmmədova layihə barədə AzEdu.az-a açıqlama verib.

O bildirib ki, uşaqların həyatına kiçik bir toxunuş etmək, onları dinləmək və doğru istiqamət göstərmək onların gələcək uğurları üçün möhkəm təməl yaradır.

"İlk olmaq, rayona yeniliklər gətirmək bir müəllim kimi məni çox xoşbəxt etdi. Layihə müddətində azyaşlı uşaqların inkişafını izləmək mənim üçün böyük sevinc və qürur mənbəyi oldu. Onlar artıq sərbəst düşünür, fikirlərini ifadə edir, şeirlər söyləyir, yaradıcılıqlarını nümayiş etdirirlər. Hər kiçik addım, hər yeni kəşf onların dünyasına toxuna bildiyimizi göstərir və müəllim olaraq bu, ən böyük mükafatdır.

Layihə zamanı uşaqların maraq dolu gözlərindəki sevinci görmək, hər kiçik nailiyyətini paylaşmaq mənə göstərdi ki, hər uşağın həyatına diqqət göstərmək, ona vaxt ayırmaq və onun duyğularını anlamaq nə qədər önəmlidir.

“Şagirdlər təhsildən geri qalmasın” devizi ilə həyata keçirilən bu layihə, icma əsaslı təhsilin gücünü bir daha sübut etdi. Uşaqların həyatına toxuna bilmək, onların düşüncələrinə, yaradıcılığına və duyğularına hörmət etmək yalnız təhsil deyil, həm də insanlıq bacarığıdır. Bu, müəllim kimi mənim üçün həm peşəkar, həm də şəxsi baxımdan dəyərli təcrübə oldu və gələcək layihələrdə daha böyük uğurlara ilham verdi.

Layihənin uğurla başa çatmasına dəstək verən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Mil-Muğan Regional Təhsil İdarəsinə və Beyləqan Rayon Təhsil Şöbəsinə dərin təşəkkürümü bildirirəm.

Qeyd etmək istəyirəm ki, əvvəllər Mil-Muğan Regional Təhsil İdarəsində Tədrisin keyfiyyət sektorunun müdiri vəzifəsində çalışan dəyərli Mahir Zahidov müəllimin bu layihənin ərsəyə gəlməsində, müəllimlərə tanıdılmasında çox böyük rolu olub. Layihəni qazandıqdan sonra bütün mərhələləri bizə hərtərəfli izah etdi. Fürsətdən istifadə edərək Mahir müəllimə minnətdarlığımı bildirmək istəyirəm.

Daha bir təşəkkürümü Beyləqan rayon Fazil Miriyev adına Şahsevən kənd 3 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Zaur Qədirova etmək istəyirəm. Əməkdaşlıq çərçivəsində yüksək dəstəyi və əməkdaşlığı üçün. Eyni zamanda tərbiyəçi müəllim Xatirə xanıma, layihədə iştirak edən valideynlərə və uşaqlara minnətdaram. Onların əməkdaşlığı və etimadı uğurumuzun əsas hissəsi oldu".

Избранный
18
azedu.az

1Источники