Rusiya Baş nazirinin müavini Aleksey Overçuk İrəvana səfər edib.
APA Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, o Ermənistan Baş naziri Nikol Paşinyanla görüş keçirib.
Tərəflər Rusiya-Ermənistan gündəliyində olan məsələləri, eləcə də Avrasiya İqtisadi Briliyi ilə əməkdaşlığı müzakirə ediblər.
İki ölkə arasında ticarət dövriyyəsi və müştərək layihələrlə bağlı da fikir mübadiləsi aparılıb.