RU

“Ferensvaroş”un futbolçusu: “Onların burunlarına bibər qazı sıxacağıq”

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşan “Ferensvaroş”un futbolçusu Aleks Tot iddialı açıqlama verib.

İdmanxeber.az xəbər verir ki, o, səfərdə keçiriləcək cavab oyununda Azərbaycan çempionunu təəccübləndirəcəklərini deyib:

“Özünə həddən artıq güvənən rəqibi səfərdə təəccübləndirəcəyik. “Qarabağ”ın futbolçuları əsas mərhələyə çıxmış kimi sevindilər. Bu, bizim üçün xoş olmadı. Onların burunlarına bibər qazı sıxacağıq. Bəlkə də o cür sevinməklə bizə yaxşılıq etdilər. Əminəm ki, sonda xoşbəxt tərəf biz olacağıq”.

Qeyd edək ki, “Qarabağ”la “Ferensvaroş” arasında cavab matçı avqustun 27-də Bakıda keçiriləcək.

Избранный
13
idmanxeber.az

1Источники