Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Oxu.A zxəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Görüşdə Alyaska sammitinin nəticələri və Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələr, xüsusilə də ticarət məsələləri müzakirə olunub.
Rusiya Prezidenti V.Putin Türkiyənin sülh danışıqlarına ev sahibliyi etməsi və göstərdiyi səylərə görə prezident R.T.Ərdoğana təşəkkür edib.