Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Avropa İttifaqı (Aİ) əgər "sülh layihəsi" olmaq istəyirsə, Gürcüstandan Rusiya ilə münasibətlərin gərginləşdirilməsini tələb etməməlidir. "Bir daha izah edirəm: əgər sülh layihəsi olmaq istəyirsənsə, müharibənin ortasında üç müharibədən keçmiş bir dövlətdən Rusiya ilə eskalasiyaya getməyi tələb etmək olmaz. Brüssel məhz bunu etdi", - deyə Papuaşvili "Facebook"da yazıb. Onun sözlərinə görə, Gürcüstanın əsas vəzifəsi - Aİ-yə üzvlük yolunda özünə nə fiziki, nə də mənəvi zərər vurmamaqdır. Spiker qeyd edib ki, Aİ-nin sülh üçün yaradılması bu qurumun daxilində avtomatik olaraq sülhün hökm sürdüyü anlamına gəlmir. Papuaşvili əlavə edib ki, əgər Aİ həqiqətən sülh layihəsi olmaq istəyirsə, Gürcüstanda ekstremizmi maliyyələşdirməməli, seçkilərə müdaxilə etməməli, böhtan kampaniyaları aparmamalı və min illərlə formalaşmış milli dəyərlərə toxunmamalıdır.
Qeyd edək ki, Aİ-nin Gürcüstandakı nümayəndəliyi avqustun 20-də "Facebook" üzərindən paylaşım edərək, Avropa İttifaqının sülh məqsədilə yaradıldığını və Gürcüstanın ittifaqa üzvlük yolunun bu sülh layihəsinin bir hissəsinə çevrilmək demək olduğunu bildirmişdi.Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31