Lent az saytından alınan məlumata görə, ain.az bildirir.
“Fluminense” klubunun qapıçısı Fabio futbol tarixində ən çox oyun keçirən oyunçu olub.
Lent.az xəbər verir ki, avqustun 20-də 44 yaşlı braziliyalı qolkiper “Amerika de Kali”yə (2:0) qarşı Cənubi Amerika kuboku oyununda peşəkar karyerasındakı rekord 1391-ci oyununu keçirib. Bununla da o, İngiltərə millisinin sabiq qapıçısı Piter Şiltonun karyera ərzində rəsmi oyun sayı rekordunu (1390) arxada qoyub.
Fabionun aktivində ümumilikdə bu qədər oyun var: 976 oyun “Kruzeiro”, 235 oyun “Fluminense”, 150 oyun “Vasko da Qama” və 30 oyun “Unian Bandeyrante” üçün.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.