AzVision.az xəbər verir ki, Amerika və Avropa rəsmiləri Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenski arasında birbaşa danışıqların yaxın gələcəkdə baş tuta biləcəyini bildiriblər.
Lakin Rusiya XİN-in rəhbərinin sözləri belə bir görüşün hələ çox uzaqda olduğunu deməyə əsas verir.
“Biz istənilən formata hazırıq, lakin yüksək səviyyəli görüşlərə gəldikdə, onları əvvəlki bütün mərhələlərdə çox diqqətlə hazırlamaq lazımdır ki, sammitlər vəziyyətin pisləşməsi ilə nəticələnməsin, əksinə, davam etdirməyə hazır olduğumuz danışıqlarda həqiqətən də nöqtə qoysun”, - Segey Lavrov vurğulayıb.
O, həmçinin bildirib ki, Vaşinqtonda Zelenski və Avropa liderləri ilə görüşdə ABŞ prezidenti Donald Tramp Kreml rəhbərinə zəng edəndə Vladimir Putin “nümayəndə heyətlərinin başçılarının səviyyəsinin artırılması haqqında düşünməyi təklif edib”. Bu isə heç də prezidentlərin görüşü anlamına gəlmir.
Lavrovun sözlərinə görə, Moskva Ukrayna və Rusiyanın siyasi məsələlər də daxil olmaqla, sülh yolu ilə nizamlanmanın müxtəlif aspektlərini müzakirə edə biləcəyi müxtəlif işçi qruplarının yaradılması təşəbbüsünü irəli sürüb.
Xatılrladaq ki, bundan əvvəl Ağ Evin rəhbəriDonald Tramp ABŞ, Rusiya və Ukrayna prezidentlərinin üçtərəfli görüşü çərçivəsində uğurlu danışıqlar aparılarsa, Ukraynada münaqişəyə son qoymaq üçün “yaxşı şans” yarandığını bildirib.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта