RU

Xaçmazda sənədsiz silahlar polisə təhvil verildi

Xaçmazda 3 ədəd sənədsiz silah polisə təhvil verilib.

Bu barədə Teleqraf.com-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

Məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Tədbirlər zamanı polis əməkdaşları tərəfindən bu gün ərzində 3 ədəd tüfəng təhvil götürülüb.


Müəllif: Teleqraf.com
Избранный
316
49
teleqraf.com

10Источники