RU

“Respublika” qəzeti bağlandı


“Respublika” qəzeti avqustun 18-dən fəaliyyətini dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Teleqraf”a qəzetin keçmiş baş redaktoru Hümbət Musayev məlumat verib.
Onun sözlərinə görə, fəaliyyətinə xitam verilən “Respublika” qəzetinin kollektivi bu həftədən “Xalq” qəzetinin redaksiyasına köçüb:
“Mən burada baş redaktorun birinci müavini kimi çalışıram. İşçilərimizin əksəriyyəti artıq “Xalq” qəzetinin əməkdaşıdır. Yalnız bir neçə nəfər könüllü şəkildə işdən ayrılıb”.
Keçmiş baş redaktor “Respublika”nın bütün əməkdaşlarının müxtəlif qurumlarda işlə təmin olunduğunu əlavə edib:
“Bu həftədən hamı öz yeni iş yerindədir”.
Избранный
66
16
yeniavaz.com

10Источники