1-ci Liqa təmsilçisi "Şəfa" bu gün Qəbələyə yollanıb. "Gilan" otelində məskunlaşacaq Bakı klubu 28 avqust tarixinədək sözügedən bölgədə təlim-məşq toplanışı keçəcək.
3 yoxlama oyunu keçirməyi planlaşdıran "Şəfa"nın daha bir sınaqçı-rəqibinin adı bəlli olub. Qarşısına elitaya yüksəlmək hədəfi qoyulan paytaxt təmsilçisinin baş məşqçisi Elgiz Kərəmlinin Fanat.Az-a verdiyi məlumata görə, o, komandasını avqustun 25-də "Şamaxı"nın əsas komandası ilə matça çıxaracaq.
Qeyd edək ki, "Şəfa"nın bu toplanış çərçivəsində avqustun 21-də "Ordu", 27-də isə Küveytin elita komandalarından biri ilə qarşılaşacağı öncədən bəlli idi.
Nihat