İranın keçmiş prezidenti Məhəmməd Hatəmi ürək xəstəliyi ilə əlaqədar xəstəxanaya yerləşdirilib.
Modern.az xəbər verir ki, bu barədə “Mehr” agentliyinin məlumatında bildirilib.
Sabiq prezidentin qardaşı Rza Hatəmi "Cənab Məhəmməd Hatəminin səhhəti yaxşıdır və hazırda həkimlərin nəzarəti altında müalicə olunur" deyib.
Məhəmməd Hatəmi 1943-cü ildə anadan olub. O, 1997-2005-ci illərdə İran İslam Respublikasının 5-ci prezidenti vəzifəsini tutub.