UEFA Çempionlar Liqasının pley-off mərhələsi üzrə ilk oyunda "Qarabağ" "Ferentsvaroş"u səfərdə 3:1 hesabı ilə məğlub edib.
Day.Az Offsideplus.az-a istinadən xəbər verir ki, macar mətbuatı məğlubiyyəti aşağıdakı formada şərh edib:
"nemzetisport": "İkinci hissədə "qara şorba gəldi" (red. - ikinci hissədə işin çətin tərəfi başladı): "Qarabağ" Budapeştdə "Ferentsvaroş"u 2 qol fərqlə məğlub etdi".
"m4sport": "3 il əvvəl olduğu kimi "Qarabağ" Çempionlar Liqasında "Ferentsvaroş"u evində 3:1 hesabı ilə məğlub etdi".
"csakfoci": "Qarabağ"a məğlubiyyətdən sonra "Ferentsvaroş" əsas masadan çox uzaqdır".
"sportal": "İlk hiss yaxşı, ikinci hissə dəhşətli keçdi: "Ferentsvaroş" özünü çətin vəziyyətə saldı".
Qeyd edək ki, "Qarabağ" və "Ferentsvaroş" arasında cavab matçı avqustun 27-si saat 20:45-dəTofiq Bəhramov adına respublika stadionunda baş tutacaq.