RU

Rusiya vətəndaşı İsrailin Almaniyadakı səfirliyinə hücuma cəhddə ittiham edilib

Almaniya prokurorluğu İsrailin Berlindəki səfirliyinə hücum planlaşdırmaqda və İŞİD-ə qoşulmağa cəhddə şübhəli bilinən Rusiya vətəndaşına qarşı ittiham irəli sürüb.

Bu barədə "The Jerusalem Post" prokurorluğa istinadən məlumat yayıb.

Qurumun məlumatına görə, təqsirləndirilən Ahmad E. İnternet üzərindən partlayıcı maddələrin hazırlanması ilə bağlı təlimatlar alıb, lakin lazımi komponentlərin olmaması səbəbindən planını həyata keçirə bilməyib.

"O, fevral ayının əvvəlindən İsrailin Berlindəki səfirliyinə hücum etməyi planlaşdırırdı", - federal prokurorluğun bəyanatında deyilir.

O, fevral ayında Berlin hava limanında saxlanılıb.

Bundan başqa, Ahmad E. İŞİD-in təbliğat materiallarını rus və çeçen dillərinə tərcümə etməkdə ittiham olunur.

Prokurorluq avqustun 7-də ona qarşı dövlətə təhlükə yaradan ciddi zorakılıq aktının hazırlanması və həyata keçirilməsinə təhrik etmə, həmçinin yetkinlik yaşına çatmayan şəxs olaraq xaricdəki terror təşkilatına qoşulmağa cəhdlə bağlı ittiham irəli sürüb.
Избранный
74
1
7news.az

2Источники